Saakaşvili Hollandiyaya getmək üçün sənədlər alıb KİV


Dünya 20 Dek 2017 19:12:00 241 0

Saakaşvili Hollandiyaya getmək üçün sənədlər alıb  KİV

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Hollandiyaya getmək üçün sənəd paketi alıb.

Son.az report-a istinadən xəbər veirir ki, bu barədə "RBK-Ukrayna"ya Ukraynanın hakim koalisiyasındakı mənbə məlumat verib.

Məlumata görə, dekabrın 11-də istintaq təcridxanasından çıxdıqdan sonra M.Saakaşvili Hollandiya səfirliyinə gedib və orada bu ölkəyə getməyə imkan verən sənədlər paketini alıb.

"Gördüyünüz kimi, o, bunu etmədi. Ona qarşı güc tətbiq edilməsi planlaşdırılmır. Hazırda onun Ukraynada olmasının qanuniliyi üzrə hüquqi prosedur aparılır. Proses yanvar ayının ortalarından tez bitməyəcək", - mənbə bildirib.