Klinikadan ölümlə bağlı açıqlama: Ailə şikayətçi deyil


Digərləri 20 Dek 2017 17:55:00 263 0

Klinikadan ölümlə bağlı açıqlama: Ailə şikayətçi deyil

"16 dekabr tarixində Nurağa Qasımov əməlliyyata alınıb. Açıq ürək əməliyyatı başa çatdıqdan sonra bir daha ürək dayanıb və həkimlər həmin an ikinci əməliyyata başlayıblar. Ümumilikdə 9 saatdan çox davam edən əməliyyatdan mərhum sağ çıxıb və klinikanın reanimasiya şöbəsinə yerləşdirilib".

Son.az xəbər verir ki, bu sözləri axar.az-a "Grand Hospital" Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Türkan Məmmədli dünən ürək əməliyyatı zamanı sözügedən klinikada həyatını itirən 55 yaşlı pasientlə bağlı danışarkən deyib.

T.Məmədli bildirib ki, ürək əməliyyatından sonra ölən Nurağa Qasımov ürəyin işemik xəstəliyi, miokard infakt, gərginlik stenokardiyası, eləcə də Hepatit B diaqnozu ilə "Grand Hospital"a müraciət edib:

"O, 2 gün həkimlərin nəzəri altdında qalıb. N.Qasımovun vəfat etməsinin səbəbi sırf əməliyyat deyil. Mərhumda oqran yetməzliyi də müşahidə olunurdu. Ölüm səbəbi tibbi dillə desək, ürək yetməzliyinə bağlı poliorqan yetməzliyidir. Yəni ürəklə yanaşı burada həm də ağ ciyər, qaraciyər və böyrək çatışmalığı var idi. Mətbuatda qeyd olunur ki, mərhum əməliyyat zamanı dünyasını dəyişib. Xeyr, ağır keçən əməliyyatdan stabil vəziyyətdə çıxan xəstə 2 gün sonra, 18 dekabr axşam saatlarında klinikanın reanimasiya şöbəsində dünyasını dəyişib".

Klinikanın mətbuat xidmətinin rəhbəri bildirib ki, mərhumun yaxınları N.Qasımovun bir sıra ağır xəstəlikdən əziyyət çəkdiyini bildikəri üçün ekspert rəyi tələb etməyib, şikayətçi qismində də olmayıblar: