"Tarix" dərsliyində tarix səhvi FOTO


Digərləri 20 Dek 2017 17:35:00 289 0

"Tarix" dərsliyində tarix səhvi  FOTO

Son vaxtlar dərsliklərdə yol verilən kobud səhvlərin ardı-arası kəsilmir. Yeni səhv isə "Tarix" dərsliyindəki tarix səhvidir. Hələ 2017-ci il olmasına baxmayaraq, 7-ci siniflər üçün nəzərdə tutulan "Tarix" dərsliyinin çap tarixində 2018-ci il göstərilib. Maraqlıdır, buraxılış ili yanlış göstərilən "Tarix" dərsliyinin içindəki mühüm tarixlər doğru qeyd edilibmi?

Son.az xəbər verir ki, məsələ ilə bağlı axar.az-a danışan Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov qeyd edib ki, həmin kitab nazirliyə məxsus deyil:

"Ola bilsin, o kitab nəşriyyatın çapıdır. Bizdə belə dərslik yoxdur. Təhsil Nazirliyinin çap etdirdiyi kitablar 3-4 qurumdan keçir. Ona görə "2018-ci il" yaza bilməz, mümkün deyil. Bu kitab, deyəsən, "Azpoliqraf" nəşriyyatına məxsusdur".

Cəsarət Valehova kitabın rəsminin sosial şəbəkədə yayıldığını bildirdikdə isə o, ilin fotoşopla "2018" yazılma ehtimalının olduğunu vurğulayıb:

"Sosial şəbəkədə yayımlanan bu tip hadisələr adətən həqiqəti əks etdirmir. Bir dəfə də sosial şəbəkədə Azərbaycan şairi Nizami Gəncəvi fars ədəbiyyatının nümayəndəsi kimi göstərildiyi dəftəri Təhsil Nazirliyinin çap etdiyi dərslik kimi qələmə vermişdilər. Əslində isə o "Oyal" şirkətinə məxsus idi. Bəlkə o kitabı da kimsə dərslik adı ilə çap edib".


Xəbərə aid fotolar