Yeni il üçün turist səfərləri Azərbaycanı kimlər, bizimkilər isə haranı seçir?


Digərləri 20 Dek 2017 16:25:00 306 0

Yeni il üçün turist səfərləri  Azərbaycanı kimlər, bizimkilər isə haranı seçir?

Azərbaycandan xaricə səfərlər zamanı müştərilər əsasən, Türkiyəyə üstünlük verirlər. Avropa ölkələrindən isə Çexiyaya, əsasən müalicəvi səfərlər olur. Məncə yeni il öncəsi də bu ölkəyə bizdən səfərlər çox olacaq.

Son.az xəbər verir ki, bu barədə turizm məsələləri üzrə ekspert Aydın Əhmədov bildirib. Onun sözlərinə görə, bu ilin əvvəlindən etibarən Azərbaycana gələn turistlərin sayında artım müşahidə edilir: "Bunu açıqlanan həm rəsmi, həm də qeyri-rəsmi hesabatlar da təsdiq edir. Ölkə qanunvericiliyində baş verən dəyişikliklər və turistlərin sayının artması turizm şirkətlərinin fəaliyyətinə də təsirsiz ötüşməyib.

Ölkəmizə gələn turistlərin say artımının əsas hissəsini ərəb ölkələrinin payına düşür. Bununla yanaşı, Avropa ölkələrindən, Rusiya və Türkiyədən gələn turistlərin sayında da artım müşahidə edilir". A.Əhmədov qeyd edib ki, ölkəmizə gələn turistlərin sayı artdığından Yeni il bayramı ərəfəsində mehmanxanalarda boş yer tapmaq mümkün olmayacaq: "Turistlərin buraya sayı artdıqca otellərdə boş nömrələr tapmaq da çətinləşir. Məsələn, Yeni il bayramına az qalmış otellərdəki nömrələrin artıq 90%-dən çoxu tutulub. Ona görə də Azərbaycanda yeni, xüsusən də 4 ulduzlu otellərə ehtiyac çoxdur". Ekspert əlavə edib ki, araşdırmalar göstərir ki, BƏƏ, Qətər və Küveytdən gələn turistlər Bakıda əsasən şəhərin mərkəzinə yaxın otelləri seçirlər, İraq vətəndaşları isə əsasən, şəhərdən kənarda, bir qədər ucuz otellərə üstünlük verirlər.