“Fitch” Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxacaq


Digərləri 20 Dek 2017 15:32:00 241 0

“Fitch” Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxacaq

“Fitch” Beynəlxalq Reytinq Agentliyi bu gün Azərbaycan Beynəlxalq Bankının reytinq proqnozlarına yenidən baxılacağını elan edib.

Bakı. “Fitch” Beynəlxalq Reytinq Agentliyi bu gün bankların qiymətləndirilməsi meyarları metodologiyasına etdiyi dəyişikliklərlə əlaqədar olaraq Azərbaycan Beynəlxalq Bankının reytinq proqnozlarına yenidən baxılacağını elan edib. Bankdan Trend-ə verilən məlumata görə, metodologiyada aparılan dəyişikliklərə uyğun olaraq, Fitch 'ccc' reytinq proqnozu səviyyəsinə + və - modifikatorlarının tətbiqini planlaşdırır. Buna əsasən, ABB-nin hazırda “ccc” səviyyəsində olan dayanıqlıq reytinq proqnozuna (VR) yenidən baxılması nəzərdə tutulur.