Balaxanıda qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb


Digərləri 20 Dek 2017 15:38:08 258 0

Balaxanıda qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb

Balaxanı qəsəbəsində qonşusunun evindən oğurluq edən şəxs polislər tərəfindən saxlanılıb.

Bakı. Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən fərdi yaşayış evlərin birindən oğurluq edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bununla bağlı ev sahibi Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinə müraciət edib. Şikayətçi evdə olmadığı müddətdə naməlum şəxsin mənzilin pəncərəsini qıraraq içəri daxil olduğunu və oradan 2500 dollar oğurladığını bildirib. 12-ci Polis Bölməsi əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Sabunçu rayon sakini Həsən Abdullayev tutulub. Saxlanılan şəxs ifadəsində oğurluq etdiyi evin sahibi ilə qonşu olduğunu bildirib. O, qonşusunun evə gəlib-getmə vaxtını dəqiq bildiyi üçün mənzilə rahatlıqla daxil olduğunu qeyd edib.