"Dəniz Yılmaz gündəmimizdə yoxdur"


İdman 20 Dek 2017 15:30:00 257 0

"Dəniz Yılmaz gündəmimizdə yoxdur"

Millimizin hücumçusu Dəniz Yılmaz çıxış etdiyi "Bursaspor"dan ayrılacaq.

Goal.az xəbər verir ki, forvardla maraqlandığı klublardan biri də "Osmanlıspor"un olduğu bildirilsə də, komandanın baş məşqçisi İrfan Buz açıqlamasında Dənizlə maraqlanmadıqlarını deyib:

"Çempionatda istədiyimiz kimi çıxış etmirik. "Beşiktaş"la oyunda darmadağın olduq. O qarşılaşmanın şokunu yaşayırıq. Bu şoku "Akhisar"la matçda atmağa çalışacağıq. Daha sonra isə transferlərə baxacağıq. Ancaq Dəniz Yılmaz bizim gündəmimizdə yoxdur".