Dövlət fermerlərin məsuliyyətini öz üzərinə götürməməlidir


Digərləri 20 Dek 2017 15:14:00 305 0

Dövlət fermerlərin məsuliyyətini öz üzərinə götürməməlidir

Dövlət dəstəyinin səmərəliliyi bu gün olduqca aktual olan məsələlərdən biridir. Bizim resurslarımız da çox ola bilər, büdcədən kənd təsərrüfatına daha çox vəsait ayıra bilərik, lakin əsas olan dövlət dəstəyinin səmərəli təşkilidir, ayrılan vəsaitlərin ünvanlılığıdır.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Azər Əmiraslanov bildirib.

"Biz kənd təsərrüfatına nə qədər dəstək göstərmiş olsaq da, dövlət bütün aqrobiznesin, fermerlərin, kənd təsərrüfatı məhsulları istehsalçılarının məsuliyyətini öz üzərinə götürməməlidir. Yəni kənd təsərrüfatına dəstək özü-özlüyündə bir humanitar yardım deyil, bizim fermerlər nəzərə almalıdırlar ki, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Buna görə, biznesin məsuliyyəti biznes, təsərrüfat subyektlərinin üzərinə düşür. Dövlətin əsas missiyası sahələrarası rəqabətdə kənd təsərrüfatı sektorunun geri qalmaması üçün zəruri dəstəyin verilməsindən ibarətdir", - deyə A.Əmiraslanov vurğulayıb.