Azərbaycan səfiri etimadnaməsini Uruqvay Şərq Respublikasının Prezidentinə təqdim edib


Digərləri 20 Dek 2017 14:55:00 228 0

Azərbaycan səfiri etimadnaməsini Uruqvay Şərq Respublikasının Prezidentinə təqdim edib

Səfir Rəşad Aslanov etimadnaməsini Uruqvay Şərq Respublikasının Prezidentinə təqdim edib

Bakı. İqamətgahı Buenos Ayres şəhərində olan Azərbaycanın Uruqvaydakı səfiri Rəşad Aslanov etimadnaməsini Uruqvay Şərq Respublikasının Prezidenti Tabare Vaskesə təqdim edib. Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, etimadnamənin təqdim olunması mərasimi əsnasında keçirilmiş görüşdə səfir R.Aslanov Prezident İlham Əliyevin salamlarını Uruqvay Prezidentinə çatdırıb. Prezident T.Vaskes də öz növbəsində onun salamlarının və ən xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib. T.Vaskes səfirə diplomatik fəaliyyətində uğurlar arzu edib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin