AFFA-nın İntizam və İcraiyyə Komitəsinin 2017-ci ildə son iclası keçirilib


İdman 20 Dek 2017 14:42:00 282 0

AFFA-nın İntizam və İcraiyyə Komitəsinin 2017-ci ildə son iclası keçirilib

Dekabrın 20-da İntizam Komitəsinin 2017-ci il üçün son iclası keçirilib. Goal.az xəbər verir ki, komitə "Zirə"ni klubunu ümumilikdə 4 min, "Sumqayıt"ı isə 800 manat cərimələyib.

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu “Neftçi” – “Zirə” matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün kluba ilk öncə 800 manat cərimə kəsilib. Oyunun 94-cü dəqiqəsində "qartallar"ın futbolçusu Yovan Krneta hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün ona 4 oyun cəza, kluba isə 3200 manat cərimə təyin olunub.

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu “Sumqayıt” – “Qarabağ” matçının 90-cı dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat ödəməli olacaq.

Qeyd edək ki, bu gün AFFA İcraiyyə Komitəsinin də son iclası baş tutub. “Bayıl Arena”da keçirilən toplantıda AFFA prezidenti Rövnəq Abdullayev, I vitse-prezident Rauf Əliyev, vitse-prezidenti Elşad Nəsirov, üzvlərdən AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, təhsil nazirinin müavini Firudin Qurbanov, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, Sahə Futbol Federasiyalarının prezidenti Mahir Məmmədov, Futzal Federasiyasının prezidenti Zaur Axundov, veteran futbolçular Kazbek Tuayev və İskəndər Cavadov iştirak edirlər. Yalnız xarici işlər naziri Elmar Məmmədyarov iştirak etməyib.