Boğazı kəsilərək öldürülən tələbə qızın qatili ilə görüntüləri yayıldı:


Digərləri 20 Dek 2017 14:33:00 310 0

Boğazı kəsilərək öldürülən tələbə qızın qatili ilə görüntüləri yayıldı:

Türkiyənin İzmir şəhərinin Bornova ərazisində gənc tələbə xanım tanış olduğu oğlan tərəfindən boğazı kəsilərək öldürülüb.

Son.az Media24.az-a istinadən xəbər verir ki, hadisə dünən saat 06:00-da İnönü məhəlləsində yerləşən evdə baş verib. Universitet tələbəsi olan Zülal Tütüncü tələbə olan Gökhan Öztürklə barda tanış olub. Qıza daha sonra Öztürkün evinə gedib. Spirtli içki qəbul etdikdən sonra Öztürkün Zülal Tütüncü ilə arasında mübahisə yaranıb. Baş verən münaqişədən sonra isə Öztürk qızı boynundan bıçaqlayaraq öldürüb. Daha sonra isə polisə zəng edərək təslim olub.

Verdiyi ifadə zamanı təqsirkar olduğunu qəbul edən oğlan mübahisənin nədən yarandığı barədə məlumat verməyib.

Hadisə ilə bağlı isə son görüntülər üzə çıxıb.

Görüntülərdə bufetə girən Zülal Tütüncünün burada itlə oynayıb, Gökhanın yanına getməsi və daha sonra birlikdə bu yerdən ayrılmaları əks olunub. Öztürkün çıxışda əlində spirtli içki şüşəsinin olması onun içki aludəçisi olduğu barədə şübhələr yaradıb.


Xəbərə aid fotolar