25 yaşlı oğlan zorlamaq istədiyi qadının qohumları tərəfindən döyüldü


Digərləri 20 Dek 2017 13:25:00 251 0

25 yaşlı oğlan zorlamaq istədiyi qadının qohumları tərəfindən döyüldü

Tovuz rayonunda qadına qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən şəxs döyülüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Dönük Qırıqlı kəndində baş verib.

Kənd sakini, 1992-ci il təvəllüdlü Məmmədov Eldəniz Şəmil oğlu həmkəndlisi olan qadını zorlamağa cəhd edib.

Qadının yaxınları hadisədən xəbər tutub və E.Məmmədovu yaxalayıb. E.Məmmədov bir-neçə nəfər tərəfindən döyülüb. O, Tovuz Rayon Polis Şöbəsinə təhvil verilib.