Deputatlar və parlament jurnalistləri arasında futbol yarışı keçiriləcək


Digərləri 20 Dek 2017 13:10:00 190 0

Deputatlar və parlament jurnalistləri arasında futbol yarışı keçiriləcək

Tofiq Bəhramov adına Respublika stadionunda Milli Məclisin deputatları ilə parlament jurnalistləri arasında futbol yarışı keçiriləcək.

Bakı. Dekabrın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda Milli Məclisin deputatları ilə parlament jurnalistləri arasında futbol yarışı keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Gənclər və İdman komitəsinin sədri Fuad Muradov məlumat verib. Deputat bildirib ki, tanınmış idmançıları, fəal gənclər təşkilatlarının üzvlərini də oyuna dəvət ediblər.