Zərif: "Nazirlərin bu formatda görüşü vacibdir"


Siyasət 20 Dek 2017 12:24:00 255 0

Zərif: "Nazirlərin bu formatda görüşü vacibdir"

Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşündə nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin Bakıda keçirilən 5-ci üçtərəfli görüşünün yekunu üzrə mətbuat konfransında deyib.

M.C.Zərif qeyd edib ki, nazirlərin bu cür formatda görüşü vacib əhəmiyyət kəsb edir:

"Azərbaycan, İran və Türkiyə birgə tarixi ənənələrə malikdir. Biz bu görüş zamanı nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığı müzakirə etdik".

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində