Zaur ona brilliant üzük göndərən qadının adını açıqladı:


Şou-biznes 20 Dek 2017 12:08:12 224 0

Zaur ona brilliant üzük göndərən qadının adını açıqladı:

Dünən doğum gününü qeyd edən Zaur Kamal hədiyyə baxımından korluq çəkməyib.

Son.az xəbər verir ki, Zaur "5/5"də ona hədiyyə göndərənlərin adını sadalayaraq bir-bir təşəkkürünü bildirib. Gələn hədiyyələrdən birini əlinə götürən Zaur "Deyir "Zaur, bu hədiyyə bir ay danışılacaq". Mənə dedilər ki, dəyəri 5 min manatdır" sözləri ilə ona gələn ən bahalı hədiyyəni tamaşaçıların önündə açmağa başlayıb.

Brilliant üzüyü qutusundan çıxaran Zaur üzərinə baxdıqdan sonra "Mətanət Əsədovanın hədiyyəsidir. 1,5 karatdır. Qiyməti 5 min 500 manat" ifadələrini işlədib.

Aparıcı daha sonra "Mənə deyir ki, "Zaur sevgini efirdə kişi kimi bəyan et". Mətanət, mən səni çox istəyirəm" deyib. 


Xəbərə aid fotolar