Biznes lisenziyalarının verilməsi sadələşdiriləcək


Digərləri 20 Dek 2017 11:57:00 210 0

Biznes lisenziyalarının verilməsi sadələşdiriləcək

2018-ci ildən Azərbaycanda sahibkarlar lisenziyaların əldə olunması üçün icazələr portalına (lisenziya.gov.az) müraciət edə biləcəklər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu portalın təqdimatı mərasimində iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

Nazir müavini qeyd edib ki, lisenziya verilməsi ilə məşğul olan orqanlar müraciətlərin qəbul olunması ilə bağlı müvafiq əməliyyatları elektron formada həyata keçirə biləcək.

Ölkədə keçirilən iqtisadi islahatlara toxunan S.Məmmədov vurğulayıb ki, bu islahatların nəticəsi olaraq lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə, icazələrin sayı isə 4 dəfə azaldılaraq 86-ya endirilib.