Lənkəranda “Çay, çəltik və sitrus festivalı” FOTOREPORTAJ


Digərləri 20 Dek 2017 11:37:25 317 0

Lənkəranda “Çay, çəltik və sitrus festivalı”  FOTOREPORTAJ

Belə ləzzətli mənzərədən doymaq mümkün deyil...

Dekabrın 19-da Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında qələbəlik vardı. İnsanlar bayramsayağı bəzədilmiş parkda respublikada ilk dəfə keçirilən "Çay, çəltik və sitrus festivalı"na tələsirdilər.

Son.az-ın məlumatına görə, AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festival ötən əsrin 70-80-ci illərində Lənkəranda keçirilən "Məhsul bayramları"nın davamını xatırladırdı. İli uğurla başa vuran lənkəranlılar çəkdikləri zəhmətin, əməyin sevincini yaşayırdılar.

Xatırladaq ki, 1979-cu ildə xalqımızın ümummilli lideri Heydər Əliyev Lənkərana növbəti səfəri zamanı rayonda keçirilən IX "Məhsul bayramı"nda iştirak edib.

Fərəhli haldır ki, bu gün Lənkəran Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində sürətli inkişaf dövrünü yaşayır, sosial-iqtisadi sahədə böyük uğurlara imza atır. Cari ildə rayonda aqrar bölmənin bütün sahələrində, o cümlədən çayçılıq, çəltikçilik və sitrusçuluqda böyük nailiyyətlər əldə olunub.

Gərgin əmək, böyük zəhmət bahasına əldə edilmiş uğurların yekunlarını bayram sevinci ilə qeyd edən lənkəranlıların fikrincə, "Çay, çəltik və sitrus festivalı" təkcə aqrar sektorda deyil, həm də rayonda sosial-iqtisadi inkişaf və mədəni quruculuq sahəsində qazanılmış nailiyyətlərin nümayişi baxımından əla imkandır.

Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və AZƏRTAC-ın informasiya dəstəyi ilə keçirilən festivalda rayon rəhbərliyi, Prezident Administrasiyasının məsul işçisi Habil Əzəmmədov, Milli Məclisin deputatları Hadi Rəcəbli, Rüfət Quliyev, mədəniyyət xadimləri, digər qonaqlar və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.