40 il öncə Azərbaycanı tərk edən müğənni qayıtdı


Digərləri 20 Dek 2017 11:28:00 360 0

40 il öncə Azərbaycanı tərk edən müğənni qayıtdı

Ötən gün "5/5" verilişinin qonağı uzun illərdir Moskvada yaşayan azərbaycanlı müğənni Sərxan Sərxan olub.

Son.az xəbər verir ki, illər keçməsinə baxmayaraq xarici görünüşü ilə yanaşı dili də dəyişməyən müğənninin nitqi Zaurun diqqətini çəkib: 

"Uzun illərdir Moskvada yaşasanız da Azərbaycan dilində təmiz danışırsınız. Elə müğənnilər var ki, Türkiyəyə gedən kimi türkcə danışmağa başlayır".

Müğənni aparıcının bu fikirlərinə "40 ildən çoxdur Moskvada yaşayıram. Çalışıram dilimi itirməyim. Hər zaman özümü azərbaycanlı, bakılı saymışam. Hər azərbaycanlı gərək öz dilini bilsin" fikirləri ilə cavab verib.


Xəbərə aid fotolar