UEFA Rəşad Sadıqovun cəzasını açıqladı


İdman 20 Dek 2017 10:17:00 289 0

UEFA Rəşad Sadıqovun cəzasını açıqladı

UEFA İntizam Komitəsi İngiltərənin "Çelsi" klubu ilə Çempionlar Liqasının V tur matçında birbaşa qırmızı vərəqə alan "Qarabağ"ın kapitanı Rəşad Sadıqovla bağlı qərarını açıqlayıb.

Goal.az xəbər verir ki, 35 yaşlı müdafiəçi bir oyunluq cəzalanıb.

Sadıqov cəzasını Azərbaycan təmsilçisinin İtaliyada "Roma"ya qarşı keçirdiyi VI tur qarşılaşmasında çəkib. Onun iştirak etmədiyi görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ" yenidən avrokuboklara vəsiqə qazansa futbolçu gələn mövsüm elə ilk oyundan etibarən meydana çıxa biləcək. Bunun üçün Sadıqovun futbolçu karyerasını davam etdirməsi lazımdır.  

Qeyd edək ki, Rəşad Sadıqov "Qarabağ" - "Chelsea" (0-4) matçının 19-cu dəqiqəsində birbaşa qırmızı vərəqə alıb.