Qədim tərəkəmə yeməyi şilə VİDEO FOTO


Digərləri 20 Dek 2017 08:07:00 414 0

Qədim tərəkəmə yeməyi  şilə  VİDEO  FOTO

Azərbaycan milli mətbəxinin qədim yeməklərindən biri şilədir. Respublikamızın bir sıra bölgələrində bişirilən şilə tərəkəmələrin ən çox sevdikləri yeməklərdəndir.

Son.az xəbər verir ki, Beyləqan rayonunun Yeni Mil qəsəbə sakini Xanım Kamranova AZƏRTAC-a ildirib ki, tərəkəmələrin Qarabağ dağlarına yaylağa gedərkən ən çox bişirdikləri yeməklərdən biri şilə olub. Köç yaylağa çatanda quzunu kəsər, tez hazırlanan yemək olduğu üçün şilə bişirərdilər.

Xanım Kamranova bu yeməyin bişirilmə qaydasından danışarkən deyib: "Şilənin hazırlanmasında quzunun döş əti, yumru düyü, soğan, turşu, duz və istiotdan istifadə edilir. Əvvəlcə quzunun döş əti doğranır. Soğan yağda dağ olunur, ətlə birlikdə qovurulur. Üzərinə su, düyü və 200 qram alça və ya gavalı turşusu tökülüb vam odda bişirilir. Əgər şilə 1 kiloqram ətlə bişirilirsə, 1 litr su, 3 stəkan düyü əlavə olunmalıdır. Duz və istiot zövqə uyğun vurulur".


Xəbərə aid fotolar