Alimlər: Süni intellekt təhlükəli bakteriyaları tanıyacaq


Digərləri 20 Dek 2017 07:48:00 279 0

Alimlər: Süni intellekt təhlükəli bakteriyaları tanıyacaq

Alimlər süni intellekt və mikroskopların pasiyentlərin 40 faizinin ölümünə səbəb olan qan infeksiyalarını aşkar edərək daha tez və dəqiq diaqnoz qoya biləcəyinə əmindirlər. Qan infeksiyalarına çox vaxt Escherichia coli, Staphylococcus və Streptococcus kimi bakteriyalar səbəb olur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ABŞ-ın Bet-İzreyel Tibb Mərkəzinin əməkdaşları tədqiqat zamanı yüksək keyfiyyətli təsvirlərin toplanması üçün yaradılmış avtomatik mikroskop və yüksək dəqiqlikli neyron şəbəkədən istifadə ediblər. Neyron şəbəkəyə nümunə üzərində bakteriyanın forması və paylanmasından asılı olaraq onun tipini tanımaq öyrədilib. Sınaqlar zamanı 100 mindən çox qan nümunəsinin təsvirinə baxılıb.