Komitə yuxarı sinif şagirdləri arasında daha çox qeydə alınan bu haldan narahatdır


Digərləri 20 Dek 2017 07:45:40 242 0

Komitə yuxarı sinif şagirdləri arasında daha çox qeydə alınan bu haldan narahatdır

Azərbaycanda risk qrupuna daxil olan ailələrin yaşadıqları ərazidəki məktəblərdə aparılan monitorinqlər və araşdırmalar yuxarı sinif şagirdləri arasında dərsdən yayınma hallarının aşağı siniflərlə müqayisədə daha çox olduğunu göstərir.

Bakı. İlhamə İsabalayeva – Azərbaycanda risk qrupuna daxil olan ailələrin yaşadıqları ərazidəki məktəblərdə aparılan monitorinqlər və araşdırmalar yuxarı sinif şagirdləri arasında dərsdən yayınma hallarının aşağı siniflərlə müqayisədə daha çox olduğunu göstərir. Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev deyib. Onun sözlərinə görə, araşdırmaların aparıldığı məktəblər seçmə yolu ilə müəyyənləşdirilir.