Pəhriz qaydaları


Digərləri 20 Dek 2017 07:21:00 303 0

Pəhriz qaydaları

Bəzən artıq bədən çəkisi olanlar necə olursa-olsun, ondan tez və qısa zamanda xilas olmağa çalışırlar. Hətta arıqlamaq həvəsi o həddə çatır ki, hər deyilənə inanır, hər eşitdiyinə əməl etmək istəyirlər. Təəssüf ki, tövsiyə olunanların böyük bir qismi heç bir əsası olmayan yanlış məlumatlardır.

Son.az AZƏRTAC-a istinadən pəhriz zamanı nəyin doğru və nəyin yanlış olduğu barədə bəzi diyetoloq məsləhətlərini arıqlamaq istəyənlərin nəzərinə çatdırır.

Sağlam qidalanmanın əsas şərti olan su orqanizmdə yaranan toksik maddələrin atılması üçün lazımdır. Su həmçinin natrium, ftor, kalium və kalsium kimi minerallarla zəngindir. Ən faydalı içki olan su həm də kalorisizdir, ona görə də gün ərzində kifayət qədər su içilməsi məsləhətdir.

Vitamin və mineralların əsas mənbəyi meyvələrdir. Lakin artıq miqdarda qəbul edilən meyvə ilə alınan fruktoza orqanizmdə yağa çevrilir və müəyyən bölgələrdə piylənməyə səbəb olur.

Sağlam və nizamlı qidalanma yeməyin vaxtında yeyilməsi ilə başlamalıdır. Artıq çəki ilə mübarizədə yemək saatını ötürmək düzgün sayılmır.

Çox gec yatmaq, həmçinin axşamlar uzun müddət ac qalmaq da yeni günə pis başlamağa səbəb olur, nəticədə metabolizm zəifləyir. Axırıncı qidalanma yatmazdan ən azı 3-4 saat əvvəl olmalı, yəni gecə saat 12-də yatanlar ən geci saat 9-10 arası az miqdarda yemək yeməlidir.

Məşq zamanı ac olmaq daha artıq kalori itirmək anlamına gəlmir, əksinə, daha az kalori xərcləməyə səbəb olur. Lakin qida qəbul edəndən sonra da idman etmək düzgün deyil. Yeməkdən ən azı 1,5-2 saat sonra məşq etmək məsləhətdir.

Mineral su həzmə kömək edən və onu asanlaşdıran içkidir, yağ itkisinə səbəb olur. Lakin həddindən çox içiləndə iştahanı artıra bilər.