Meksikada turistləri daşıyan avtobus qəzaya uğrayıb, 15 nəfər ölüb


Dünya 20 Dek 2017 06:13:03 241 0

Meksikada turistləri daşıyan avtobus qəzaya uğrayıb, 15 nəfər ölüb

Hadisə zamanı 18 nəfər yaralanıb

Meksikada turistləri daşıyan avtobusun yol qəzasına uğraması nəticəsində 15 nəfər həyatını itirib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Sipse" portalı məlumat yayıb.

Bildirilir ki, hadisə yerində 11 nəfər ölüb, daha 4 nəfər isə sonradan xəstəxanaya aparılarkən keçinib. Ölənlər arasında ABŞ, İsveç, Braziliya və İtaliya vətəndaşları var. Yaralıların sayı 18 nəfərdir.