Naxçıvanda Qafqazın ən qədim qızıl bəzək əşyası tapılıb
Digərləri 20 Dek 2017 01:30:00 324 0
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi ilə Fransa Milli Araşdırmalar Mərkəzinin Şərur rayonunun Ovçular təpəsi qədim yaşayış yerində birgə apardığı qazıntılar zamanı Naxçıvanın milli geyim kolleksiyasına aid olan 1 qızıl boyunbağı tapılıb.
Son.az xəbər verir ki, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Təsviri və dekorativ-tətbiqi sənətlər şöbəsinin müdiri Fizzə Quliyeva AZƏRTAC-a bildirib ki, Qafqaz ərazisində tapılan ən qədim qızıl əşya olan bu sənət əsəri bütövlükdə Qafqaz arxeologiyası, etnoqrafiyası, dekorativ-tətbiqi sənətləri tarixində yeni səhifə, xüsusilə Azərbaycan zərgərlik sənəti və milli geyim mədəniyyətində yeni bir nüsxədir.
Mənbə: milli.az