Şəxsi nəqliyyat vasitəsi ilə Gürcüstana gedənlərin diqqətinə


Digərləri 19 Dek 2017 22:51:00 294 0

Şəxsi nəqliyyat vasitəsi ilə Gürcüstana gedənlərin diqqətinə

Gələn ildən etibarən Gürcüstan ərazisinə daxil olan əcnəbilər idarə etdikləri motorlu nəqliyyat vasitələri üçün sığorta müqaviləsi imzalayacaqlar.

Son.az "Report"a istinadən bildirir ki, Gürcüstan parlamenti müvafiq qanun qəbul edib.

Qanuna əsasən, sığorta müqaviləsi olmadan əcnəbilər avtomobillə Gürcüstan ərazisinə keçə bilməyəcəklər.

Gürcüstana gələcək xarici ölkə vətəndaşına idarə etdiyi minik avtomobili üçün 1 illik, 30 və 15 günlük sığorta paketləri təqdim olunacaq. Avtomobil sahibləri 15 günlük sığorta üçün 30 GEL, bir aylıq paket üçün 50 GEL, birillik paket üçün 292 GEL ödəyəcəklər.

Məcburi tarif paketində avtobus və motosikletin sığortası da müəyyənləşdirilib.