Günahsız qadın və imamətə böyük sadiqlik


Digərləri 19 Dek 2017 22:40:00 287 0

Günahsız qadın və imamətə böyük sadiqlik

Bəşar Məkari nəql edir: "Kufədə İmam Sadiqin (ə) xidmətinə getmişdim. Həzrət (ə) xurma yeməklə məşğul idi. Mənə buyurdu: "Bəşar! Əyləş və bizimlə xurma ye!".

Dedim: "Ağacan, yolda bir hadisə gördüm ki, mənə pis təsir etdi, ona görə də heç nə yeyə bilmərəm".

Buyurdu: "Yolda nə müşahidə etmisən ki?".

Dedim: "Mən yolda gələn zaman gördüm ki, məmurlar bir qadını döyüb, zindana tərəf aparırlar. Hər nə qədər yardım istəsə də, heç kəs ona kömək etmədi".

Buyurdu: "Məgər o qadın nə etmişdi ki?".

Dedim: "İnsanların dediyinə görə, qadın yolda gedən zaman ayağı büdrəyir və deyir: "Allah sənin zalımlarına lənət etsin, ey Fatimə!"".

İmam (ə) bu sözləri eşidən zaman ağlamağa başladı. Dəsmalı və saqqalı göz yaşından islandı. Buyurdu: "Bəşar! Qalx Səhlə məscidinə gedək və o qadının nicat tapması üçün dua edək".

Bir nəfəri də saraya göndərdi ki, o qadının halından xəbər tutsun.

Səhlə məscidinə gəldik və iki rükət namaz qıldıq. Həzrət (ə) o qadının nicat tapması üçün dua etdi və səcdəyə getdi. Başını səcdədən qaldırıb buyurdu: "Hərəkət edək, onu azad ediblər".

Məsciddən çıxdıq və İmamın (ə) saraya göndərdiyi həmin şəxs geri qayıtmışdı. Yolda Həzrəti (ə) görüb dedi: "Onu azad etdilər".

İmam (ə) soruşdu: "Necə azad etdilər?".

Son.az deyerler.org-a istinadən bildirir ki, həmin şəxs dedi: "Bilmirəm, mən saraya gedən zaman qadını həbsdən azad edirdilər. Onu sultanın yanına apardılar və o qadından soruşdu: "Nə etmisən ki, məmurlar səni həbs ediblər?". Qadın da başına gələnləri danışdı.

Sultan da ona 200 dirhəm verdi, ancaq o, qəbul etmədi. Onu azad etdilər.