Bulvarda film kimi hadisə: 3 tələbə ölümdən xilas edildi


Digərləri 19 Dek 2017 22:42:00 245 0

Bulvarda film kimi hadisə: 3 tələbə ölümdən xilas edildi

Bakı bulvarında dənizdə batmaq təhlükəsi ilə üzləşmiş üç gənc xilas edilib.

Son.az lent.az-a istinadən xəbər verir ki,  Dənizkənarı Milli Parkın Qız Qalası ilə üzbəüz hissəsində 1999-cu il təvəllüdlü Ağayeva Şəfiqə Sabir qızı selfi foto çəkdirmək istəyərkən ehtiyatsızlıqdan dənizə yıxılıb.

Bu zaman qızın yanında olan tələbə yoldaşları Nadirzadə Tağı Rövşən oğlu və 2000-ci ildə anadan olmuş Rzayev Murad Azər oğlu onu xilas etmək üçün dənizə atılıblar.

Suyun soyuq olması və üzə bilməmələri səbəbindən hər üç gənc boğulmaq təhlükəsi ilə üzləşib. Hadisə yerinə gələn mühafizə əməkdaşlarının köməkliyi ilə gənclər xilas edilib.