Dərman satışı ilə məşğul olan şirkətlərdə...


Digərləri 19 Dek 2017 21:45:00 228 0

Dərman satışı ilə məşğul olan şirkətlərdə...

Dərman və ya parfümeriya satışı ilə məşğul olan şirkətlərdə kənar adamı şirkətə cəlb etmək üçün mükafat verilir. Bu halaldırmı?

Hər hansı halal məmulatın satışı sahəsində işləmək qadağan deyil. Bu gün halal məmulatların satışı ilə məşğul olan şirkətlərdə işə düzəlmək və satışdan faiz qazanmaq da icazəlidir; bir şərtlə ki, satış zamanı alıcı aldadılmasın, ona ziyanlı, xarab məhsul satılmasın.

Son.az islam.az-a istinadən bildirir ki, bəzən şirkət öz üzvünə təklif edir ki, əgər başqa bir adamı da şirkətə işə cəlb etsə, ona mükafat verəcək. Yalan və fırıldaqçılıq olmamaq şərti ilə başqasını şirkətə işə cəlb etmək və bunun əvəzində pul yaxud mal formasında birdəfəlik mükafat almaq, yaxud hər hansı üstünlük qazanmaq günah deyil.