Gənc Leyli: "Mənsum İbrahimovla oynayanda hər dəfə həyəcanlanıram" FOTO


Kriminal 19 Dek 2017 21:01:00 258 0

Gənc Leyli: "Mənsum İbrahimovla oynayanda hər dəfə həyəcanlanıram"  FOTO

Xanəndə Arzu Əliyevanın Son.az-a müsahibəsi.

- Arzu xanım, sizi gözəl və cazibədar gənc xanəndə kimi tanıyırıq. Sənətə bu qədər həvəs sizdə haradan yarandı?

- Əslində mən musiqiçi ailəsində doğulmuşam. Mənim atam da, babam da evdə mahnı ifa ediblər. Həmişə evdə onların ifasında muğamlarımızı, xalq mahnılarını dinləmişəm. Amma bilmirdim ki, bu işlə nə vaxtsa professional məşğul olacağam. Bildiyiniz kimi mən muğam müsabiqəsindən sonra tanınmışam. Bu müsabiqəyə də ustadım Mənsum İbrahimovun təşəbbüsü ilə getmişdim. Özümə inamım yox idi, fikirləşirdim ki, məndən də qat-qat yaxşı oxuyan uşaqlar var, onlar keçəcək, mən qalacağam. Demək ki, qismətimdə başqa bir şey var idi. Mən gözləmədiyim bir anda 20-lik siyahısına düşdüm.

- Müsabiqədən sonra həyatınızda nələr dəyişdi?

- Müsabiqədən sonra həyatımda həqiqətən böyük dönüş oldu. Mən yeniyetməlik dövrümü başa vurmamış, birbaşa gənclik dövrümə qədəm qoydum. Müsabiqəyə qəbul olanda 14 yaşım var idi, artıq mənə Muğam teatrından iş təklifi də gəlmişdi. Bu müsabiqə düşüncəmi, həyat tərzimi tamamilə dəyişdi. Nə yaxşı ki, mənim Mənsum İbrahimov kimi sənət müəllimim var. Müsabiqəni ilk tərk edən mən oldum, amma Mənsum müəllim məni heç vaxt sınmağa qoymadı. Hətta depressiyaya da düşməyə hazırlaşırdım. İnsan həyatda mübariz olmalıdır. Həqiqətən də insan məğlubiyyətlərə qatlaşıb irəli getməlidir.

- Özünüz təkbaşına mübarizə aparmağı bacarmırsınız?

- Mən bir az həyatı axarına buraxan insanam. Başıma gələnləri, gələcək olanları həyatın qanunu kimi qəbul etməyə çalışıram. Təbii ki, olanlarla çox çətin barışıram. Çünki zamanı geri qaytarmaq mümkün deyil. Artıq mənim həyatım bitdi deyə bir şey yoxdur, məğlubiyyətin üzərində işləmək lazımdır.

- Belə başa düşdüm ki, müsabiqəni tərk etdiyinizə görə həmkarlarınız sevinib...

- Təbii ki, bir insanı hamı istəyə bilməz. Mən heç bir zaman məni sevməyənləri düşünmürəm, həmişə məni sevənlər üçün çalışıram. Gülümsəyirəmsə, məni sevənlər üçün gülümsəyirəm. Mənim müsabiqədən getməyimi əgər istəyiblərsə, onlara da can sağlığı arzulayıram. Nədənsə fikirləşirəm ki, məni sevməyənlər yoxdur. Həqiqətən də hər zaman insanların yaxşılığını istəmişəm.

- Sizi sevməməyə səbəb nə ola bilər?

- Məni sevməyən insanlar hədsiz paxıl olan insanlar ola bilər. Mən demirəm ki, xarüqələr yaratmışam, buna görə hamı məni sevməlidir. Sadəcə olaraq başımı aşağı salıb, işimi görmüşəm. Onlar mənim uğur qazanmağımı istəmirlərsə, yenə də günah onların özündədir.

- Müasir dövrdə gənc Leylilərdən birisiniz. Siz bu tamaşada ustadınız Mənsum müəllimlə tərəf müqabili oldunuz. Aranızda olan müəllim-tələbə baryerini necə aşdınız?