Nəvəsinin toyuna gedən qadını maşın vurdu


Digərləri 19 Dek 2017 20:48:00 198 0

Nəvəsinin toyuna gedən qadını maşın vurdu

Balakəndə nəvəsinin toyuna gedən 67 yaşlı nənəni maşın vurub.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 18 radələrində Balakən şəhərində fəaliyyət göstərən şadlıq evlərinin birinin qarşısında baş verib. Hələ ki şəxsiyyəti açıqlanmayan sürücü idarə etdiyi "VAZ 21063" markalı minik avtomobili ilə yolu keçmək istəyən piyada, rayonun Xalatala kənd sakini 1950-ci il təvəllüdlü Cənnət Məhəmməd qızı Xanlayevanı vurub. Qəza nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan 67 yaşlı Cənnət Xanlayeva Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

MRX-dan APA-ya verilən məlumata görə, Cənnət Xanlayevanın müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti ağır qiymətləndirilir.