Davud erməniəsilli müğənniyə qalib gəldi


Digərləri 19 Dek 2017 20:36:00 233 0

Davud erməniəsilli müğənniyə qalib gəldi

Televiziya verilişilərinin birində erməniəsilli müğənni Hayko Cepkinə "meymun" dediyi üçün məhkəməyə verilən Davud Güloğlu ilə bağlı xəbər var. 

Son.az axşam.az-a istinadən bildirir ki, prokurorluq Haykonun sənətçiyə qarşı "təhqir" maddəsi üzrə təzminat tələbini rədd edib. 11. Asliye Hüquq Məhkəməsi tərəfindən 15 min lirə (təxminən 7500 manat) pul cəzası alan Davudun vəkili qərardan apellyasiya şikayəti vermişdi. Məhkəmə "meymuna oxşayır" sözlərinin fikir azadlığı çərçivəsində deyildiyini əsas gətirərək Güloğlununu şikayətini təmin edib. 

Xatırladaq ki, Davud Güloğlu verilişlərin birində Haykonun imicini analiz edərək "Qorxulu filmdən çıxmış meymuna bənzəyir. İt, pişiik kəsir, bəlli deyil" söyləmişdi.