Həftə sonu maraqlı tamaşalar olacaq


Kriminal 19 Dek 2017 19:42:00 292 0

Həftə sonu maraqlı tamaşalar olacaq

Hər zaman ənənəsinə sadiq qalan Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrı həftə ortasından başlayaraq - dekabrın 21-də saat 1900-da T.Vəliyevanın "Cəza" (kiçik səhnədə), 23 dekabrda saat 1200 - 1400-da  R.Hovard "Qrinç", axşam saat 1900-da Ə.Əmirli və V.Şuqrayevanın "Qohumlar" tamaşalarını nümayiş etdirəcək.

Dekabrın 24-ü bazar günü isə teatr gündüz saat 1000, 1200 və 1400-da H.X.Andersonun "Çirkin ördək balası", axşam saat 1900-da isə M.F.Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli şah" komediyasını  təqdim edəcək.

Tamaşalarda əsas obrazları teatrın istedadlı aktyorları Əməkdar artistlər Naibə Allahverdiyeva, Nəsibə Eldarova, Şəfəq Əliyeva, Almaz  Mustafayeva, Elşən Rüstəmov, Şövqü Hüseynov, Gülər Nəbiyeva, aktyorlar, Ramil Məmmədov, Müşfiq Əliyev, Kərəm Hadızadə, Elnur Hüseynov, Elnur Kərimov, Anar Seyfullayev, Günel Məmmədova, Xəyalə Mərdanova, Nuranə Hüseynova və b. ifa edəcəklər.


Xəbərə aid fotolar