Sabirabadın 18 kəndində yeni içməli su infrastrukturu yaradılıb (FOTO)


Digərləri 19 Dek 2017 19:05:00 186 0

Sabirabadın 18 kəndində yeni içməli su infrastrukturu yaradılıb (FOTO)

Sabirabadın 18 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb.

Bakı. Sabirabadın 18 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb. “Azərsu” ASC-dən Trend-ə verilən məlumata görə, yeni su təchizatı sistemlərinin istismara verilməsi münasibətilə Sabirabad rayonunun Qaralar kəndində açılış mərasimi keçirilib. Açılış mərasimində Sabirabad rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov regionlarda həyata keçirilən kommunal infrastruktur layihələrinin əhəmiyyətindən danışıb. Bildirib ki, Aran bölgəsində yerləşən Sabirabad rayonunda içməli su təchizatı həmişə aktual olub. Son illər həyata keçirilən layihələr çərçivəsində rayon mərkəzi ilə yanaşı, bəzi kəndlərə də keyfiyyətli suyun verilməsi təmin edilib.