Roma papası İordaniya kralı ilə Qüdsdən danışdı...


Dünya 19 Dek 2017 18:20:00 237 0

Roma papası İordaniya kralı ilə Qüdsdən danışdı...

Vatikanda Roma Papası I Fransisklə İordaniya Kralı II Abdulla arasında görüş keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, görüş zamanı ABŞ-ın Qüdslə bağlı qərarından sonra Yaxın Şərqdə vəziyyətin gərginləşməsi əsas müzakirə mövzusu olub.

Qeyd edək ki, II Abdulla 1979-cu il İsrail-İordaniya sazişlərinə əsasən Qüdsdəki müsəlman müqəddəs yerlərin qoruyucusu hesab olunur.