DTX Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin əməkdaşlarına fəxri ad verilib


Siyasət 19 Dek 2017 18:15:00 342 0

DTX Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin əməkdaşlarına fəxri ad verilib

Prezident İlham Əliyev Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin əməkdaşlarına "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd olunur ki, Azərbaycanda musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin aşağıdakı əməkdaşlarına "Əməkdar müəllim" fəxri adı verilsin:

Hüseynova Elmira Bahadur qızı Əsədova Nailə Əsəd qızı İsmayılov Zakir Xeyrulla oğlu

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin aşağıdakı əməkdaşları "Tərəqqi" medalı ilə təltif ediliblər:

Kərimova Elnurə Camal qızı Tağıyeva Leyla Əliyevna