Xakerlər ilk dəfə SWIFT sistemi üzərindən Rusiya bankından pul oğurlayıb


İqtisadiyyat 19 Dek 2017 18:07:31 239 0

Xakerlər ilk dəfə SWIFT sistemi üzərindən Rusiya bankından pul oğurlayıb

Oğurluğun "Cobalt" qrupu tərəfindən həyata keçirildiyi istisna edilmir

Xakerlər Rusiya bankına hücum edərək ilk dəfə SWIFT beynəlxalq hesablaşmalar sistemi vasitəsilə pul oğurlayaraq xaricə ötürə biliblər. "Report" "Kommersant" qəzetinə istinadən xəbər verir ki, "Group-IB" kiberhücumların araşdırılması və qarşısının alınması üzrə şirkətin verdiyi məlumata görə, hücum "Cobalt" adlı cinayətkar qrup tərəfindən həyata keçirilib.

Qrupun hücumda zərərli proqramdan istifadə etdiyi, bu nproqramın bir neçə həftə öncə maliyyə təşkilatlarına göndərdikləri məlum olub. "Group-IB"-yə görə, "Cobalt" qrupunun hesabında dünyada 50-dən çox uğurlu kiberhücum var. Rusiyada artıq bu şirkətin 10-dan çox hücumu qeydə alınıb və hamısı da böyük miqdarda vəsait oğurlanması ilə nəticələnib.

SWIFT şirkəti hədisəni şərh etməkdən imtina edir, kibertəhlükəsizliyə ciddi yanaşdıqlarını bildirib. Rusiya Mərkəzi Bankı İnformasiyaların təhlükəsizliyi Baş İdarəsinin müdir müavini Artyom Sıçyov qeyd edib ki, SWIFT sisteminin seçilməsinə səbəb xakerlərin vəsaitləri xaricə ötürmək fikri olub.