Prokuror Maştağada iki qardaşı bıçaqlayan şəxsə cəza istəyib


Sosial 19 Dek 2017 17:43:00 222 0

Prokuror Maştağada iki qardaşı bıçaqlayan şəxsə cəza istəyib

Məhkəmənin növbəti iclası dekabrın 22-nə təyin edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yeyirməkdə təqsirləndirilən 1985-ci il təvəllüdlü Elşən Məlikovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Tamila Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında E.Məlikovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası dekabrın 22-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il iyulun 13-də Bakının Sabunçu rayonunda, Maştağa qəsəbəsi, Tavaylıq adlanan ərazidə baş verib. 1991-ci il təvəllüdlü Əhmədov Mahir Axşay oğlu və qardaşı 2000-ci il təvəllüdlü Əhmədov Elxan Axşay oğlu toydan qayıdan zaman 4 nəfərlə mübahisə edib. Əlbəyaxa dava zamanı E.Əhmədov və M.Əhmədov bıçaqlanıb. Qarşı tərəfdən isə iki nəfər yüngül bədən xəsarətləri alıb. Bıçaqlanan şəxslər xəstəxanaya yerləşdirilərək əməliyyat olunub. Onların həyatını xilas etmək mümkün olub.