Yeni şəxsiyyət vəsiqələrinin verilməsi bu tarixədək təxirə salındı


Digərləri 19 Dek 2017 17:17:00 284 0

Yeni şəxsiyyət vəsiqələrinin verilməsi bu tarixədək təxirə salındı

"Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə 2019-cu ildən başlanılacaq".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib.

Daha öncə yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi prosesinin 2018-ci ilin yanvar ayından başlanacağı gözlənilirdi.

Nazirin sözlərinə görə, yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imzaların inteqrasiyası nəzrdə tutulub.