"Zərgərə satmışam" Evlərə qənim kəsilən keçmiş məhkum VİDEO FOTO


Digərləri 19 Dek 2017 17:03:00 227 0

"Zərgərə satmışam"  Evlərə qənim kəsilən keçmiş məhkum  VİDEO  FOTO

Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi, 17-ci polis bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində, paytaxt ərazisində silsilə oğurluqlar edən, əvvəllər məhkum olunan Ziyad Baqautdinov saxlanılıb.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, araşdırma zamanı məlum olub ki, o, 4 mənzildən pul və qızıl-zinyət əşyaları, mobil telefon, velosipet, 2 avtomobildən isə akkumlyator oğurlayıb.

Qeyd edilən faktlarla bağlı Nərimanov Raoyun Polis İdarəsinin istintaq şöbəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Ziyad Baqautdinov (cinayətkar): "Evlərdən qızıl, pul götürmüşəm. Qızıl üzük olub, "sep" olub, pul olub. Belə şeylər götürüb çıxmışam. Oğurladığım qızılları aparıb zərgərə satmışam".


Xəbərə aid fotolar