Ukraynada yağan qar Azərbaycana gələn qatarları gecikdirir?


Digərləri 19 Dek 2017 16:49:00 299 0

Ukraynada yağan qar Azərbaycana gələn qatarları gecikdirir?

Ukraynada güclü qar yağması ilə əlaqədar hərəkəti dayanan 30 sərnişin qatarı içərisində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə (QSC) aid qatar yoxdur.

Son.az bildirir ki, bu barədə Trend-ə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişindaşıma İstehsalat Birliyinin sədri Elyar Muradov deyib.

Onun sözlərinə görə, Bakı-Xarkov sərnişin qatarı vaxtında mənzil başına çatıb. Həmçinin, Xarkov-Bakı sərnişin qatarının hərəkət vaxtında da ləngimə olmayıb.