Bank of Bakudan bir İLK Xarici bank kartlarına pul göndərmək mümkün oldu!


Digərləri 19 Dek 2017 16:16:00 277 0

Bank of Bakudan bir İLK  Xarici bank kartlarına pul göndərmək mümkün oldu!

Ölkənin bank sektorunda hər zaman öz yenilikləri ilə tanınan və bununla da sektorunun innovatoru hesab edilən Bank of Baku, daha bir İLKə imza atdı!

Bank bu dəfə İnternet Bankçılıq vasitəsilə xarici bank kartlarına pul göndərmə imkanını təqdim etdi.

Belə ki, Bank of Baku-nun İnternet Bankçılıq proqramından istifadə edən şəxslər Bank of Baku və ya digər banka aid kartlarından vəsaitlərini,

-​ "Bank of Baku" kartlarına,

-​ Ölkədaxili digər bank kartlarına,

-​ Xarici bank kartlarına

"Money Send" xidməti vasitəsilə asanlıqla və təhlükəsiz formada göndərə biləcəklər.

Bankın gətirdiyi əsas YENİLİK - kartdan-karta xaricə pul göndərmə imkanı vasitəsilə müştərilər xarici bank kartlarına da pul göndərə biləcəklər.