Deputatdan onun fikrini təhrif edən jurnalistlərə qarğış


Digərləri 19 Dek 2017 15:41:00 300 0

Deputatdan onun fikrini təhrif edən jurnalistlərə qarğış

Adı tez-tez qalmaqallı mövzularda hallanan deputat Fazil Mustafa bu dəfə onun fikirlərini təhrif edən KİV nümayəndələrinə qarğış edib.

Azərbaycanda nə qədər savadsız, peşəsindən xəbərsiz jurnalist var! Son.az xəbər verir ki, bu fikri Milli Məclisin üzvü Fazil Mustafa özünün Facebook sosial şəbəkəsindəki profilində paylaşıb.

Deputatın sözlərinə görə, onunla bağlı bir məqam bəzi KİV-lərdə düzgün təqdim olunmayıb: "Bunlar paylaşılan videonu belə izləmirlər, heç olmazsa səhifəmdə paylaşılıb ki, nəyisə təhrif etməsinlər. Baxıram ki, bir mənbədən informasiyanı yayıblar ki, bəs deputata canlı yayında savadsız dedilər. Halbuki, videoda da açıqca görünür ki, Məhəmməd Əmin Rəsulzadənin və mənim tarixi bilmədiyimizi iddia edən opponentin savadsız olduğunu ifadə etmişəm. Ardınca oxuyuram ki, sanki bu söz mənə qarşı deyilib. Sizə diplom verənin başı batsın. Üzündən oxuya bilmirsiniz, heç olmazsa videonu izləyib kimin nə söylədiyini araşdırandan sonra göndərilən yazını saytınıza yerləşdirin!"


Xəbərə aid fotolar