Azərbaycanın bu hissələrində seysmik aktivlik azalıb


Digərləri 19 Dek 2017 15:46:00 223 0

Azərbaycanın bu hissələrində seysmik aktivlik azalıb

Bu il Şamaxı-İsmayıllı seysmogen zonasında seysmik aktivlik 2016-cı ilə nisbətən xeyli azalıb.

Son.az xəbər verir ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) İnformasiya şöbəsindən APA-ya verilən məlumata görə, bu barədə RSXM-in baş direktoru Qurban Yetirmişlinin AMEA Yer Elmləri bölməsi və Mərkəzin Elmi-Texniki Şurasının birgə iclasında RSXM-nin 2017-ci ildə apardığı elmi və elmi-istehsalat işlərinin nəticələrinə dair təqdim etdiyi illik hesabatda bildirilib.

Hesabat ilində qeydə alınmış ən yüksək maqnitudalı zəlzələ 3 maqnitudalı olub. Ocaqların şimal-qərb və cənub-şərq istiqamətində miqrasiyası müşahidə olunur. Şamaxı-İsmayıllı zonasının şimal hissəsi (Mıxtökən silsiləsi) hissəsi aktivdir.

Hesabat dövründə 2016-ci ilə nisbətən  Kiçik Qafqazın zonasında nisbətən seysmik aktivlik fon səviyyəsində olub. 2017-ci ildə 2016-cı ilə nisbətən Xəzərin seysmikliyi fon səviyyəsindən aşağıdırb. Hesabat ili ərzində Xəzər akvatoriyasında qeydə alınmış ən yüksək maqnitudalı zəlzələ 4.4 maqnitudalıdır. Zəlzələ hiss edilməyib.