İcraçı direktor: TAP layihəsinə hər hansı dəyişiklik istisnadır


Digərləri 19 Dek 2017 15:34:00 234 0

İcraçı direktor: TAP layihəsinə hər hansı dəyişiklik istisnadır

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transadriatik boru kəmərinin (TAP) tikintisi layihəsinə hər hansı dəyişiklik edilməsi istisna olunur.

Bakı. Ləman Zeynalova - Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transadriatik boru kəmərinin (TAP) tikintisi layihəsinə hər hansı dəyişiklik edilməsi istisna olunur. Trend-in məlumatına görə, bunu TAP-ın tikintisi üzrə konsorsiumun icraçı direktoru Luka Skiepatti deyib. Qaz kəmərinin sahilə çıxış nöqtəsinə mümkün dəyişikliyə gəlincə, L.Skiepatti bildirib ki, İtaliyanın Apuliya bölgəsi bunun üçün ən yaxşı variantdır: "Biz 11 alternativ çıxış nöqtəsini qiymətləndirmişik. Apuliya regionu ətraf mühitə minimum təsir baxımından ən yaxşı variantdır".