Ukraynada yağan qar 30 qatarı yolda qoydu


Dünya 19 Dek 2017 15:27:00 244 0

Ukraynada yağan qar 30 qatarı yolda qoydu

Ukraynada güclü qar yağması ilə əlaqədar 30 sərnişin qatarının hərəkəti ləngiyir.

Son.az Trend-ə istinadən xəbər verir ki, qatarların ləngimə müddəti orta hesabla 25 dəqiqə təşkil edir.

Qeyd olunur ki, Kiyev-İvano-Frankovsk və Xmelnitsiki-Moskva qatarları bir saatdan çox ləngiyib.

Məlumata görə, Ukraynada güclü qar ölkənin cənub-qərb bölgəsində hərəkətə böyük təsir edib.