Arxiv şəkillərinə baxan cütlük heyrət içində


Digərləri 19 Dek 2017 14:42:00 268 0

Arxiv şəkillərinə baxan cütlük heyrət içində

Uşaq vaxtı bir-birindən xəbəri olmadan eyni yerdə istirahət edən, hətta eyni kadra düşən ikili 10 il sonra başqa yerdə tanışıb, bir-birinə aşiq olub.

Londonda yaşayan Kosovo əsilli Verona Koliqi adlı şəxs Instagram-dakı paylaşımı ilə çoxlarının diqqətini çəkib.

Son.az Haberler-ə istinadla xəbər verir ki, o, paylaşdığı arxiv foto ilə bağlı maraqlı məlumat qeyd edib.

Verona qohumunun kompüterindən Qaradağ sahilində çəkilən şəkillərini tapıb. O, uşaqlıq şəklini nişanlısına da göstərib. Şəklə baxan qız təəccüblənib. Belə ki, o, arxada oynayan qızın özü olduğunu görüb. Təəccüblə bir-birinə baxan cütlük buna inanmasa da, ailəsi qızın da həmin vaxt tətildə olduğunu təsdiqləyib.

Uşaq vaxtı bir-birindən xəbəri olmadan eyni yerdə istirahət edən, hətta eyni kadra düşən ikili 10 il sonra başqa yerdə tanışıb, bir-birinə aşiq olublar. 

Bu maraqlı anı sosial şəbəkədə paylaşan Veronanın şəkli sosial şəbəkədə minlərlə dəfə bəyənilib, repost edilib.


Xəbərə aid fotolar