Keçmiş MTN generallarının məhkəməsində təqsirləndirilən şəxs ifadə verdi


Digərləri 19 Dek 2017 14:17:00 202 0

Keçmiş MTN generallarının məhkəməsində təqsirləndirilən şəxs ifadə verdi

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilə prosesdə təqsirləndirilənNatiq Alıyev Daşkəsən və iş adamı Zabil Salmanov epizodu üzrə dindirilib.

O, ittihamları qəbul etmədiyini, günahsız olduğunu bildirib.

Daha sonra digər təqsirləndirilənZaur Məmmədov ifadə verib. Həmin şəxs də ittihamları rədd edib.

Hazırda məhkəmədə fasilə elan olunub.