İsa Həbibbəyli: Şərqin ən demokratik respublikasını Azərbaycan xalqı yaradıb


Digərləri 19 Dek 2017 13:57:42 200 0

İsa Həbibbəyli: Şərqin ən demokratik respublikasını Azərbaycan xalqı yaradıb

Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı sərəncamına əsasən, bu gün “Prezident sərəncamının işığında: Azərbaycan Xalq Cümhuriyyəti - 100” mövzusunda elmi konfrans keçirilib.

Bakı. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı sərəncamına əsasən, bu gün “Prezident sərəncamının işığında: Azərbaycan Xalq Cümhuriyyəti - 100” mövzusunda elmi konfrans keçirilib. AMEA-dan Trend-ə verilən məlumata görə, elmi konfransın təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimai Elmlər Bölməsi və AMEA-nın Tarix İnstitutudur. Konfransı AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq konfrans iştirakçılarını salamlayıb. İ.Həbibbəyli qeyd edib ki, dünyanın, o cümlədən müsəlman Şərqinin ən demokratik respublikasını Azərbaycan xalqı yaradıb.