BakıQuba yolunda ağır qəza:


Digərləri 19 Dek 2017 13:04:00 376 0

BakıQuba yolunda ağır qəza:

Bakı-Quba yolunda ağır qəza olub.

Son.az lent.az-a istinadən xəbər verir ki, magistralın 73-cü kilometrliyində, Xızı rayonu ərazisində "Shacman" markalı yük maşını ilə "Shkoda" markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilini idarə edən 1952-ci il təvəllüdlü İsmayılov Nizami Qulu oğlu aldığı xəsarətlərdən vəfat edib. Avtomobildə olan sərnişin, 1968-ci ildə anadan olmuş Cabbarova Sürəyya Vəli qızı isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.